“Araz-Naxçıvan”ın braziliyalı hücumçusu, 35 yaşlı futbolçu Ramon Maçado Azərbaycan çempionatında (Premyer Liqa) 20-ci qolunu vurub.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
“Araz-Naxçıvan”ın futbolçusu Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 17-ci turunun “İmişli” ilə səfər matçında (2:2) fərqlənib.
35 yaşlı hücumçu 93-cü oyununda 20-yə çatıb. Premyer Liqada 2021/2022-ci illər mövsümündə debüt etmiş Maçado “Neftçi”də 5, “Qəbələ”də 8, “Araz-Naxçıvan”da 7 dəfə rəqib qapısına yol tapıb.
Ramon Maçado Premyer Liqa tarixinə 20 və daha çox qol vurmuş 11-ci braziliyalı kimi düşüb. Bu siyahıya isə Reynaldo Silva başçılıq edir – 44 qol.
- Reynaldo Silva – 44
- Junivan Suares – 40
- Junior Nildo – 37
- Flavinyo – 31
- Rafael Utziq – 26
- Dodo – 23
- Olavio Juninyo – 23
- Kadi Borges – 23
- Mario Souza – 22
- Felipe Santos – 21
- Ramon Maçado – 20
Qeyd edək ki, Azərbaycan vətəndaşlığı olan braziliyalı Riçard Almeyda daha çox – 51 qola imza atıb.
