AZ

“Araz-Naxçıvan” – əcnəbi məşqçiyə güvənən 21-ci komanda! – ARENA.AZ

“Araz-Naxçıvan” futbol üzrə Azərbaycan Premyer Liqası tarixində əcnəbi mütəxəssisə güvənən 21-ci komanda kimi qeydə alınıb.

Arena.az bu barədə Peşəkar Futbol Liasına (PFL) istinadən xəbər verir.

Belə ki, Azərbaycan Premyer Liqasının 17-ci turunun ilk günü daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub. Ukraynalı Andrey Demçenko Naxçıvan təmsilçisini “İmişli” ilə səfər görüşünə çıxarıb. Debütantın komandası məhsuldar heç-heçəyə imza atıb – 2:2.

Demçenko Premyer Liqada cari mövsümdə debüt edən 5-ci əcnəbi mütəxəssisdir. Saşa İliç (“Sumqayıt”) və Xorxe Kaskilya (“İmişli”) 1-ci, Valdas Dambrauskas (“Sabah”) 2-ci, Yuri Vernidub (“Neftçi”) 15-ci turda debüt edib.

Bununla da Azərbaycan çempionatlarının yüksək liqasında baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən əcnəbi mütəxəssislərin sayı 70-ə çatıb. Demçenko Premyer Liqa tarixində 11-ci ukraynalı baş məşqçi olub.

Andrey Demçenko həm də “Araz-Naxçıvan”ın tarixində ilk legioner çalışdırıcısıa olub. Naxçıvan təmsilçisi Premyer Liqada əcnəbi mütəxəssisə güvənən 21-ci komandadır. Bunadək 20 klubda əcnəbi baş məşqçi çalışmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
61
6
arena.az

10Mənbələr