AZ

A Seriyası: “Komo” “Torino”nu 6 cavabsız qolla yendi – ARENA.AZ

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Leççe” – “Latsio” matçında qapılara qol vurulmayıb. Üç qolun qeydə alındığı “Fiorentina” – “Kalyari” matçında qonaqlar qələbə qazanblar. “Komo” isə doğma meydanda “Torino”nu 6 cavabsız qolla yenib.

22-ci turun qalan görüşləri yanvarın 25-də və 26-da keçiriləcək.

İtaliya, A Seriyası
22-ci tur
23 yanvar

İnter – Piza 6:2
Qollar: Zelinski, 39-pen. L.Martnes, 41. Espozito, 45+2. Dimarko, 82. Bonni, 86. Mxitaryan, 90+3 – S.Moreo, 11; 23.

24 yanvar

Komo – Torino 6:0
Qollar: Duvikas, 8; 66. Baturina, 16. Da Kunya, 59-pen. Kun, 70. Kakre, 76.

Fiorentina – Kalyari 1:2
Qollar: Breşianini, 74 – S.Kılıçsoy, 31. Palestra, 47.

Leççe – Latsio 0:0

25 yanvar

15:30. Sassuolo – Kremoneze
18:00. Atalanta – Parma
18:00. Cenoa – Bolonya
21:00. Yuventus – Napoli
23:45. Roma – Milan

26 yanvar

23:45. Verona – Udineze

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
106
12
arena.az

10Mənbələr