Pekin, 26 yanvar, AZƏRTAC
Filippinin cənubunda göyərtəsində təxminən 332 sərnişin və 27 heyət üzvü olan bərə batıb.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bərə Zambaonqa şəhərindən Colo adasına gedərkən batıb.
Xilasetmə əməliyyatının gedişində 215 nəfər sağ tapılıb, 7 nəfərin meyiti sudan çıxarılıb.
İlkin ehtimala görə, bərə texniki problem səbəbindən batıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin