“Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi "İşıq" adlı qısametrajlı bədii və “Kölgəsiz adamlar” adlı qısametrajlı animasiya filmlərinin istehsalı ilə əlaqədar 189 350 AZN sərf edəcək.
Pravda.az-ın xəbərinə görə, xidmətləri “Kinobiz” MMC və “HocazFilm Creative Studio” MMC həyata keçirəcək.
Bağlanan müqavilələr üzrə satınalma prosedurları dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Cabir
Tarix: 27 Yanvar 2026, 10:48