AZ

Rza Cəfərov mövsümün sonunadək “Qəbələ”də çıxış edəcək

“Neftçi” klubu qapıçısı Rza Cəfərovu icarə əsasında “Qəbələ”yə göndərib.

90deqiqe.Az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.Bakı təmsilçisi bununla yanaşı, “əlcək sahibi”nin klubla olan müqaviləsinin müddətini də uzadıb. Yeni razılaşmaya əsasən, Rza Cəfərov “Neftçi” ilə 2027/2028 mövsümünün sonunadək müqavilə ilə bağlı olacaq.

Qapıçı cari mövsümün sonunadək satınalma şərti olmadan “Qəbələ”nin formasını geyinəcək.

Qeyd edək ki, 2022/2023 mövsümündən "Neftçi"nin əsas komandasının şərəfini qoruyan gənc qolkiper bu müddət ərzində 63 rəsmi oyuna çıxıb.

Seçilən
93
6
90deqiqe.az

8Mənbələr