"Neftçi" qapıçısı Rza Cəfərovu "Qəbələ" komandasına icarəyə verib.
Apasport.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Bunan başqa, Bakı klubu "əlcək sahibi"nin müqaviləsinin müddətini 2027/2028 mövsümünün sonunadək artırıb.
Rza Cəfərov satınalma şərti olmadan cari mövsümün sonunadək "Qəbələ"də çıxış edəcək.
Qeyd edək ki, 2022/2023 mövsümündən "Neftçi"nin əsas komandasının şərəfini qoruyan gənc qolkiper bu müddət ərzində 63 rəsmi oyuna çıxıb.
Günün oyunları bu kanallarda
Kral Kuboku finalının vaxtı dəyişdirilib
"Sumqayıt"da oynamış hücumçu Ermənistan klubunda
“Sabah”dan ayrıldı - Rusiya klubuna transfer oldu
Millimizin üzvü I Liqa klubunda - Rəsmi