AZ

Azərbaycanda süni intellekt etikası üzrə şuranın yaradılması təklif olunur

Azərbaycanda fərqli sektorları təmsil edən milli süni intellekt (Sİ) etikası üzrə məsləhət şurası yaradılmalıdır.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") "Ağ sənəd 2025" adlı hesabatında qeyd edilib.

Hesabatda vurğulanıb ki, bu, Azərbaycanda qlobal çərçivələri yerli dəyərlərə və hüquqi strukturlara uyğunlaşdırmaq, ictimai etimadı gücləndirmək və məsuliyyətli innovasiyanı dəstəkləmək məqsədi daşıyır: "Azərbaycanın OECD-nin Qlobal Sİ Tərəfdaşlığı (GPAI), UNESCO-nun Sİ etik proqramları və ITU işçi qrupları kimi beynəlxalq Sİ idarəçiliyi təşəbbüslərində aktiv iştirakı tövsiyə olunur. Bu, Azərbaycan üçün gələcək Sİ tənzimləmələrini qabaqcıl qlobal təcrübələrə uyğunlaşdırmaq, texniki ekspertizaya çıxış, o cümlədən, etik, şəffaf və insan mərkəzli Sİ standartlarının formalaşdırılmasına töhfə vermək imkanı yaradacaq".

"AmCham"ın ekspertləri hesab edir ki, Azərbaycan sürətli texnoloji dəyişikliklər fonunda məlumatların məxfiliyi, şəffaflıq və cəmiyyətin etimadını qorumaqla Sİ üçün hərtərəfli normativ-etik çərçivə formalaşdırmaq məsələsində çətinliklərlə üzləşir: "Beynəlxalq standartlara uyğunlaşma olmadıqda tənzimləmə parçalanması, qlobal uyğunluğun zəifləməsi və Sİ innovasiyalarına investor etimadının azalması riski yaranır".

Seçilən
68
39
aznews.az

10Mənbələr