AZ

Tramp xahiş etdi, Putin SÖZ VERDİ

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putindən Kiyevə hücum etməkdən çəkinməsini şəxsən xahiş etdiyini bildirib.

Publika.az xəbər verir ki, "Bloomberg" ABŞ liderinin sözlərindən sitat gətirib.

“Bu fövqəladə soyuq hava şəraitində mən şəxsən Prezident Putin­dən Kiyev və digər şəhərlərin bir həftə ərzində atəşə tutulmamasını xahiş etdim”, - Tramp administrasiyası ilə görüş zamanı bildirib və əlavə edib ki, Putin razılaşanda məmnun qalıb.

Trampın sözlərinə görə, Ukrayna konfliktinin həlli üzrə aparılan danışıqlar prosesi əhəmiyyətli irəliləyişlər göstərir.

Seçilən
40
10
publika.az

10Mənbələr