AZ

Orta Dəhliz Asiya ilə Avropa arasında yükdaşımaların müddətini azaldır - ADY

Bakı. Trend:

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çin XalqRespublikasını Avropa İttifaqı ölkələri ilə birləşdirən, stratejiəhəmiyyətə malik alternativ nəqliyyat arteriyasıdır. Genişcoğrafiyanı əhatə etməklə yanaşı, Orta Dəhliz ən qısa, səmərəli vəoperativ marşrutlardan biri hesab olunur.

Trend bu barədəAzərbaycan Dəmir Yollarına istinadən xəbər verir.

Qeyd olunur ki, Orta Dəhlizdən əvvəl Çin və Avropa arasındayükdaşımaları əsasən Suveyş kanal və Aralıq dənizdən keçən dənizmarşrutlarından asılı idi, daşınma müddəti 35-45 gün, bəzi hallardaisə 50 günə qədər uzanırdı.

“Orta Dəhlizdən əvvəl Çin–Avropa yükləri əsasən Süveyş kanalı vəAralıq dənizi üzərindən daşınır, çatdırılma müddəti 35–45 gün, bəzihallarda isə 50 günə qədər uzanırdı. Hazırda isə koordinasiyalılogistika və effektiv idarəetmə nəticəsində konteyner blokqatarları Orta Dəhliz vasitəsilə 18–25 gün ərzində Avropadakıtəyinat məntəqələrinə çatdırılır. Bu üstünlük marşrut üzrə yükaxınının artmasına, tranzit ölkələrin iqtisadi potensialınıngüclənməsinə və investisiya cəlbediciliyinin yüksəlməsinə şəraityaradır.

Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərininkəsişməsində yerləşən mühüm logistika qovşağıdır. Orta Dəhlizinəsas seqmentlərindən biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanıölkənin tranzit potensialının artırılmasında xüsusi rol oynayır.Bakı Limanı, Bakı–Tbilisi–Qars dəmiryolu və TRİPP ilə birlikdədəhlizin regional və qlobal strateji əhəmiyyətini artırmaqdahəlledici rol oynayır”,- məlumatda qeyd olunur.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.

Məqalədə:
Seçilən
59
18
az.trend.az

10Mənbələr