
Amerikalı sahibkar İlon Maskın neyrotexnologiya şirkəti “Neuralink” indiyə qədər 21 insanın beyninə çip yerləşdirib.
Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, sahibkar özü bu barədə açıqlama verib.
Maskın sözlərinə görə, "Neuralink" insan beyni üzərindəki tədqiqatlarını genişləndirməyə davam etdikcə, indiyə qədər 21 könüllü beyin implantasiyası sınaqlarına cəlb edilib. Şirkətin təxminən iki ildir davam edən sınaqlarında həyəcanverici nəticələrin əldə olunub.
Qeyd edək ki, o, 2024-cü ilin yanvar ayında ilk insan subyektinə beyin çipi implantasiyasının edildiyini açıq şəkildə elan etmişdi.
"Neuralink"in "Telepatiya" adlı çipi iflic xəstələrə kompüter və telefon kimi cihazlardan yalnız düşüncə gücü ilə istifadə etməyə imkan verir.
İlahə Qənbərli
Missiya.Az