AZ

19 yaşlı basketbolçu NBA-da məhsuldarlıq rekordunu yeniləyib

"Dallas" klubunun hücumçusu Kuper Fleqq NBA-da öz yaşıdı olan basketbolçular arasında bir oyun üçün məhsuldarlıq rekordunu yeniləyib.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, yanvarın 30-da "Şarlott"a qarşı keçirilən matçda (121:123) 19 yaşlı amerikalı oyunçu 49 xal toplayıb.

O, bu göstərici ilə liqa tarixində bir oyunda 45-dən çox xal toplayan ən gənc oyunçu ünvanına sahib çıxıb. Fleqq həmin qarşılaşmada 10 ribaund və 3 məhsuldar ötürmə ilə də yadda qalıb.

Qeyd edək ki, K.Fleqq cari mövsümdə keçirdiyi 44 oyunda orta hesabla 19,5 xal, 6,5 ribaund və 4,1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Cebheinfo.az"

Seçilən
27
8
cebheinfo.az

10Mənbələr