Bakı.Trend:
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, Əməkdarmədəniyyət işçisi, tanınmış ictimai xadim, jurnalist, şair,publisist Umud Mirzəyevin 65 illik yubileyi münasibətilə MətbuatŞurasında (MŞ) tədbir təşkil olunub.
Trend xəbərverir ki, tədbirdə Mətbuat Şurasının sədri və idarə heyətininüzvləri, millət vəkilləri Hikmət Babaoğlu, Elçin Mirzəbəyli, VüqarRəhimzadə, Azər Allahverənov, Qarabağ Dirçəliş Fondunun İdarəHeyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikasının Medianınİnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli,mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Türkiyə SəfirliyiMətbuat Müşaviri Cahangir İşbilir, professor Cahangir Məmmədli vədigər tanınmış media və ictimaiyyət nümayəndələri iştirakediblər.
Tədbir çərçivəsində yazıçı-jurnalist Gülşən Behbudun UmudMirzəyevin həyat və fəaliyyətindən bəhs edən, onun 65 illikyubileyinə həsr olunan “Təmənnasız missiya” adlı kitabınıntəqdimatı baş tutub.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri RəşadMəcid Umud Mirzəyevi təbrik edərək onun bioqrafiyası haqqında genişməlumat verib. O bildirib ki, Umud Mirzəyevin Azərbaycanla bağlıhəqiqətlərin dünyaya çatdırılmasında böyük əməyi olub.
“Umud müəllim dünyanın məşhur telekanallarını Azərbaycana cəlbedilib, çəkilişlər aparmasına nail olub. Umud Mirzəyev hazırdaMətbuat Şurasının idarə heyətinin üzvü, Azərbaycan YazıçılarBirliyinin üzvü, ANAMA yanında İctimai Şuranın sədridir”.
Tədbirdə çıxış edən MEDİA Müşahidə Şurasının sədri Dağbəyiİsmayılov bildirib ki, Umud Mirzəyev mətbuatımızda öz dəsti-xəttiolan şəxslərdəndir:
“Umud müəllimin həm şair, həm publisist kimi ən böyükfəaliyyətlərindən biri vətən torpaqlarının azad olunması yolundaapardığı mübarizədir. Vətən müharibəsindən sonra Umud müəllimxarici qonaqlarla işğaldan azad edilən ərazilərə səfərlər edərəkonlara mina təmizləmə proseslərini təqdim edirdi”.
Umud Mirzəyevlə bağlı xatirələrini bölüşən Azərbaycan MədəniyyətNazirinin müşaviri, yazıçı Orxan Fikrətoğlu bildirib ki, yubilyaronun evinin adamıdır:
“Azərbaycanın gerçəklərinin tanıdılmasında Umud müəlliminmüstəsna xidmətləri olub. O çox xeyirxah insandır, dəyərli dostdur.Bizim gənclik dönəmimiz elə bir dövrə təsadüf etdi ki, UmudMirzəyev evdə oturub şair olmaqla kifayətlənə bilmədi.İctimai-siyasi proseslərdə, vətənin çətin günlərində üzərinədüşənin ən yaxşısını etməyə çalışdı. Onun xidmətləri danılmazdır.Umud Mirzəyev bütün dostları üçün doğmadır”.
Qarabağ Dirçəliş Fondunun rəhbəri Rəhman Hacıyev isə bildirib ki,Umud Mirzəyevlə Azərbaycanın çətin dönəmlərində tanış olub:
“Umud müəllimlə tanış olanda Vətənimiz çətin sınaq mərhələsindəidi. Onun peşəkarlığının çoxşaxəli olduğunun şahidiyəm. Onunlaminatəmizləmə məsələsində xeyli müzakirələrimiz olub. Bu sahədəANAMA-nın peşəkarlarının dəstəyi ilə bir neçə təşəbbüsümüz həyatkeçib. Yaxın günlərdə qlobal minatəhlükəsizliyi haqqında işıq üzügörəcək sənədli filmi beynəlxalq film festivallarında nümayişetdirməyi planlaşdırırıq. Burada əsas qəhrəmanlardan biri məhz Umudmüəllimin təklifi ilə yer alıb. Umud müəllim mənim üçün bahalı,amma pulsuz məsləhətçiyə çevrilib”.
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının İcraçıdirektorun müavini Natiq Məmmədov Umud Mirzəyevin 65 illikyubileyində çıxış edərkən deyib ki, Umud Rəhimoğlunun fəaliyyətinixalq, qədirbilən insanlar yetərincə qiymətləndirirlər:
“Umud müəllim çox xeyirxah insandır. Onun Azərbaycanda onlaynmedianın çox inkişaf etmədiyi dövrdəki fəaliyyətini xüsusi qeydetməliyik. Hər zaman Umud müəllimlə ünsiyyətdə olanda xeyirxahlığınbir işartısı ürəyimə düşür. O, həm də şairdir. Məhz jurnalistinpoeziyaya, sözə bu dərəcədə diqqəti onunun ürəyinin mərhəmətinin vədərinliyinin göstəricisidir”.
Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktorununmüavini Sahil Kərimli yubilyarı təbrik edib.
“Kollektivimiz adından sizi təbrik edirik. Təxminən iki iləyaxındır Umud Mirzəyevi yaxından tanıyıram. Hesab edirəm ki, sankion illiklərdir tanışıq. Umud müəllim hamı üçün yaxşı ola biləninsan kimi tanınır”.
Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Cahangirİşbilir də çıxışında Umud Mirzəyevə yubileyi münasibətilətəbriklərini çatdırıb, onun ictimai fəaliyyətindən bəhs edib:
“O, Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Umud müəllimlətanışdığımız üçün çox şadam. Ömrünü bu topraqlara həsr edənböyüyümüzdür”.
Trend BİA-nın Baş direktorunun müavini Elçin Alıoğlu çıxışındaqeyd edib ki, 65 yaş Umud Mirzəyevin həyatında birdəyişiklikdir.
“Mənim üçün Umud müəllim dostla qardaş arasında körpü quraninşaatçıdır. Umud Rəhimoğlu həmişə astadan danışır, çünki sözününqədrini bilir. Bu gün həyatını sakit yaşayıb səsli işlər görmək həradamın bacarığı deyil. Arzu edirəm ki, bundan sonra da Umud müəllimbizə öz ümidini çox görməsin”.
Mili Məclisin deputatı Azər Allahverənov qeyd edib ki, UmudMirzəyevin vətəndaş cəmiyyətinin formalaşmasında və inkişafındaböyük xidmətləri var:
“O, Qarabağ münaqişəsinin başladığı illərdə Azərbaycanın haqq işinidünyada tanıdıb. Beynəlxalq Avrasiya Mətbuat Fondu Umud Mirzəyevinəməyi ilə artıq həm beynəlxalq müstəvilərdə tanınır, həm də lokalşəkildə nümunə ola biləcək sistem kimi diqqət çəkir. 35 yaşındanUmud Mirzəyevi tanıyıram və o vaxtdan indiyə qədər onun həvəsi,enerjisi, fəaliyyəti yüksək olaraq qalır”.
Tədbirin davamında çıxış edənlər də həmçinin yubilyar UmudMirzəyevin uzunillik jurnalist fəaliyyəti, beynəlxalq humanitartəşəbbüsləri və Azərbaycanın media və vətəndaş cəmiyyətinininkişafına verdiyi töhfələrdən bəhs ediblər.
Bildirilib ki, Umud Mirzəyevin rəhbərlik etdiyi BeynəlxalqAvrasiya Mətbuat Fondu (BAMF) Birinci və İkinci Qarabağmüharibələri dövründə Azərbaycanın haqq səsinin dünyaictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görüb. Onunfəaliyyətinin böyük hissəsinin Qarabağ mövzusu ilə bağlı olmasıxüsusi vurğulanıb.
Qeyd edək ki, Umud Rəhim oğlu Mirzəyev 1 fevral 1961-ci ildəFüzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub.1982-87-ci illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyatİnstitutunun poeziya şöbəsində təhsil alıb. 1988-ci ildə AzərbaycanYazıçılar İttifaqının mətbu orqanı olan "Ədəbiyyat və incəsənət"qəzetində əmək fəaliyyətinə başlayıb. 1989-1993-cü illərdə isəhəmin qəzetin “Elm, publisistika və məktublar” şöbəsinə rəhbərlikedib. 1992-ci ildə yaradılan və bu gün BMT-nin İqtisadi-SosialŞurasının ən yüksək statuslu üzvlərindən olan Beynəlxalq AvrasiyaMətbuat Fondunun (BAMF) qurucusu və prezidentidir. Onun şeirləri vəpublisistik yazıları yerli və respublika əhəmiyyətli dövrimətbuatda dərc olunub. Eyni zamanda rus, ingilis və türk dillərindəmüxtəlif ölkələrdə yayımlanıb.
2009-2016-ci illərdə Azərbaycan Respublikasının Prezidentiyanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət DəstəyiFondunun Müşahidə Şurasına sədrlik edib. 2010-2022-ci illərdəAzərbaycan Mətbuat Şurasının sədr müavini, hal-hazırda isəAzərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü, AzərbaycanYazıçılar Birliyinin üzvü və eyni zamanda AzərbaycanRespublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yanında ictimaişuranın sədridir.