AZ

Özbəkistan şirkətləri ilə Azərbaycanın Orta Dəhliz üzrə tranzit imkanları müzakirə olundu

AZCON Holdinq şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) nümayəndə heyəti Daşkənd şəhərində Özbəkistanın aparıcı yükdaşıma xidmətləri göstərən şirkətlərinin nümayəndələri ilə görüşüb.

Olaylar.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, görüşdə Orta Dəhlizin artan strateji əhəmiyyəti, Azərbaycanın bu marşrut üzrə tranzit imkanları və regionlararası yükdaşımaların inkişaf perspektivləri müzakirə olunub.

ADY-nin müasir dəmir yolu və liman infrastrukturu, eləcə də multimodal daşımalar üçün təqdim etdiyi çevik və rəqabətqabiliyyətli həllər barədə ətraflı məlumat verilib.

Tərəflər yükdaşımaların həcminin artırılması, logistika proseslərinin optimallaşdırılması və uzunmüddətli əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Özbəkistanlı yükgöndərənlər ADY ilə əməkdaşlıqda və Orta Dəhliz, o cümlədən Avrasiya Nəqliyyat Marşrutu üzrə birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
28
10
olaylar.az

10Mənbələr