AZ

Oveçkin bir göstəricidə Qretskini arxada qoydu

“Vaşinqton”un kapitanı və hücumçusu Aleksandr Oveçkin komandasının “Aylenders”ə qalib gəldiyi (4:1) oyunda məhsuldar ötürmə verdi.

"Football-plus.az" xəbər verir ki, 40 yaşlı rusiyalı ulduz müntəzəm çempionatda xal sayını 1670-ə (919+751) çatdırdı. Oveçkin Ueyn Qretskini arxada qoymaqla bir klubun heyətində topladığı xal sayına görə 5-ci pilləyə yüksəldi. Kanadalı əfsanə vaxtilə “Edmonton”un heyətində keçirdiyi 696 oyunda 1669 xal toplamışdı.

Bu göstəricidə MHL rekordçusu Qordi Houdu (“Detroyt”la 1809 xal). Sonrakı pillələrdə Stiv Ayzerman (“Detroyt”, 1755 xal), Sidni Krosbi (“Pittsburq”, 1745 xal) və Mario Lemye (“Pittsburq”, 1723 xal) qərarlaşıb.

Oveçkin MHL karyerası boyunca yalnız “Vaşinqton”un şərəfini qoruyub. 2018-ci ildə bu komanda ilə Stenli kubokunu qazanıb.

3 fevral
Vaşinqton – Aylenders 4:1 (0:1, 2:0, 2:0)
Pittsburq – Ottava 2:3 (1:0, 0:1, 1:2)
Florida – Baffalo 3:5 (2:2, 1:1, 0:2)
Minnesota – Monreal 4:3 OT (2:1, 0:1, 1:1, 1:0)
Neşvill – Sent-Luis 6:5 (1:2, 2:3, 3:0)
Dallas – Vinnipeq 4:3 OT (0:0, 2:2, 1:1, 1:0)
Çikaqo – San-Xose 6:3 (1:0, 4:2, 1:1)
Kolorado – Detroyt 0:2 (0:1, 0:0, 0:1)
Yuta – Vankuver 6:2 (2:1, 3:1, 1:0)
Kalqari – Toronto 2:4 (0:1, 2:2, 0:1)

4 fevral
Aylenders – Pittsburq 5:4 OT (2:1, 0:2, 2:1, 1:0)
Karolina – Ottava 4:3 (1:1, 2:1, 1:1)
Nyu-Cersi – Kolambus 0:3 (0:0, 0:0, 0:3)
Tampa-Bey – Baffalo 4:3 OT (1:1, 0:0, 2:2, 1:0)
Filadelfiya – Vaşinqton 4:2 (1:0, 1:1, 2:1)
Edmonton – Toronto 2:5 (0:0, 1:2, 1:3)
Anahaym – Sietl 4:2 (0:0, 2:0, 2:2)

5 fevral
Vinnipeq – Monreal 1:5 (1:1, 0:2, 0:2)
Kolambus – Çikaqo 4:0 (2:0, 1:0, 1:0)
Florida – Boston 5:4 B (1:2, 3:0, 0:2, 0:0)
Neşvill – Minnesota 5:6 OT (3:3, 1:1, 1:1, 0:1)
Yuta – Detroyt 4:1 (2:0, 0:0, 2:1)
Kolorado – San-Xose 4:2 (0:0, 2:0, 2:2)
Dallas – Sent-Luis 5:4 (1:2, 3:0, 1:2)
Veqas – Vankuver 5:2 (0:0, 3:2, 2:0)
Kalqari – Edmonton 4:3 (2:1, 1:1, 1:1)
Los-Anceles – Sietl 2:4 (1:3, 1:0, 0:1)

Seçilən
65
4
football-plus.az

7Mənbələr