ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan öz ərazisi vasitəsilə Ermənistan məhsullarının üçüncü ölkələrə ixracına icazə verib.
Globalinfo.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.
O, xatırladıb ki, Azərbaycan vasitəsilə dəmir yolu əlaqəsi mövcuddur və maneəsiz fəaliyyət göstərir.
“Amma qeyd etmək çox vacibdir ki, Ermənistandan Azərbaycan vasitəsilə xarici dünyaya dəmir yolu xidməti də açıqdır və məndə belə bir təəssürat yaranır ki, biznesimiz hələ bu xəbəri həzm etməyib””, — deyə Paşinyan qeyd edib.
O əlavə edib ki, söhbət Gürcüstan və Azərbaycan vasitəsilə üçüncü ölkələrə – Rusiya, Mərkəzi Asiya və Çinə gedən dəmir yolu əlaqəsindən gedir. Ermənistan baş nazirinin sözlərinə görə, bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevlə Əbu-Dabidə keçirilən görüşdə müzakirə olunub.
Fevralın 4-də verilən məlumata görə, Əbu-Dabidəki görüş zamanı Əliyev və Paşinyan iki ölkə arasında sülh və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində işləri davam etdirməyə hazır olduqlarını ifadə ediblər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.