AZ

NASA növbəti heyətin Beynəlxalq Kosmik Stansiyaya göndərilməsini təsdiqləyib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 12 fevral, AZƏRTAC

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) növbəti heyətin fevralın 13-də Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərilməsi planlarını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə NASA-nın açıqlamasında bildirilir.

Məlumata görə, “SpaceX” ilə birgə keçirilən Buraxılışa Hazırlıq İcmalı başa çatıb və Florida ştatındakı Kanaveral burnundan uçuş üçün geri sayım başlayıb. Hava şəraitinin 85 faiz əlverişli olduğu, əsas risk amilinin isə toplu buludlar olduğu bildirilir. Uçuş daha əvvəl iki dəfə təxirə salınmışdı.

Yeni heyətin BKS-də təxminən səkkiz ay fəaliyyət göstərəcəyi gözlənilir. Heyət üzvləri hazırda Kennedi Kosmik Mərkəzində karantindədirlər və ciddi hazırlıq qrafikinə uyğun fəaliyyət göstərirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
9
azertag.az

10Mənbələr