AZ

İcra başçısı keçmiş zavod rəhbərini özünə sürücü təyin etdi

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov özünə yeni sürücü təyin edib.

"Cebheinfo.az" xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, icra başçısının əmri ilə Hüseynəli Süleymanov Beyləqan Rayon İcra Hakimiyyətinin baş mütəxəssisi - sürücü vəzifədən azad edilib. Onun yerinə Elnur Həsən oğlu Verdizadə təyin olunub.

Qeyd edək ki, əslən Cəbrayıl rayonundan olan yeni sürücü E.Verdizadə Ə.Əzizovun həmyerlisidir.

E.Verdizadə əvvəllər hərraca çıxarılaraq özəlləşdirilən "Xudat Balıq" ASC-nin sahiblərindən olub. 2006-cı ildə müəssisəsinin 56.4 faiz səhmi onun adına rəsmiləşdirilib.

"Cebheinfo.az"

Seçilən
26
9
cebheinfo.az

10Mənbələr