AZ

Serena martda korta qayıdacaq?

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dünyanın sabiq bir nömrəli qadın tennisçisi Serena Uilyams korta qayıda bilər. Bununla bağlı xəbəri jurnalist Ben Rotenberq yayıb. Fevralın 9-da tennisdə şəffaflığın təmin olunması üzrə Beynəlxalq Agentliyin (ITIA) saytında yer alan məlumatda deyilir ki, fevralın 22-də 44 yaşlı amerikalının antidopinq proqramına təkrar salınması ilə bağlı 6 aylıq müddət başa çatacaq. Uilyams martın 4-15-i aralığına təsadüf edəcək ənənəvi İndian-Uells turnirində korta dönə bilər. Serena dördqat olimpiya çempionu, WTA səviyyəli 73 turnirin qalibidi. Qadınlar arasında “Böyük dəbilqə” turnirlərində qələbə sayına (23) görə 2-ci pillədə qərarlaşan amerikalı 2022-ci ildə karyerasını bitirdiyini elan etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
64
1
icma.az

2Mənbələr