AZ

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna yekun vurulur

Bakı, 22 fevral, AZƏRTAC

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku, AGF Trophy bu gün başa çatacaq.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən turnirin son günündə idmançılar final mərhələsində mübarizə aparırlar.

Azərbaycanı batut gimnastikası üzrə Maqsud Mahsudov, Hüseyn Abbasov, Fərhad Vəliyev, Nicat Mirzəyev, Selcan Mahsudova, Şəfiqə Hümbətova, İbrahim Mustafazadə və Ayan Şabanova, tamblinq üzrə isə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov təmsil edirlər.

Ötən gün keçirilmiş təsnifat mərhələsinin nəticələrinə əsasən, batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudova və Maqsud Mahsudov, qarışıq sinxron proqramda Maqsud Mahsudov – Selcan Mahsudova cütlüyü, sinxron qadınlar proqramında Selcan Mahsudova – Şəfiqə Hümbətova, sinxron kişilər proqramında isə Maqsud Mahsudov – Hüseyn Abbasov cütlüyü final mərhələsinə vəsiqə qazanıb.

Tamblinq üzrə yarışlarda Tofiq Əliyev və Mixail Malkin də həlledici raundda çıxış etmək hüququ əldə ediblər.

Qeyd edək ki, Dünya Kubokuna 6 ölkədən 66 idmançı qatılıb.

Seçilən
11
8
azertag.az

9Mənbələr