AZ

UNEC Türk Dövlətlərində ən yaxşı 14 cü universitetdir!

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Times Higher Education (THE) Türk Dövlətləri üzrə ilk yeni reytinqini açıqlayıb.

"Unikal" xəbər verir ki, Koç Universiteti region üzrə 248 ali təhsil müəssisəsi arasında 1-ci, Orta Doğu Texniki Universiteti 2-ci və Sabancı Universiteti 3-cü yeri tutub. Qazaxıstanın Nazarbayev Universiteti 4-cü, Özbəkistanın Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutu isə 7-ci olmaqla ilk onluqda qərarlaşıblar. UNEC isə Azərbaycanda 1-ci, ümumi reytinqdə 14-cü olmaqla ilk 15-likdə yer alıb.

Ümumilikdə, 109 universitetlə reytinqdə ən çox təmsil olunan ölkə Türkiyədir. Reytinq Türk Dövlətləri Təşkilatının 5 üzv dövlətini – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanı əhatə edən THE Dünya Universitetləri Reytinqi 2026-nın filtr edilmiş versiyasıdır. Qiymətləndirmə universitetlərin əsas missiyaları üzrə 17 çəkili indikator əsasında aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
7
unikal.az

10Mənbələr