AZ

“Sumqayıt”ın futbolçusu mövsümü qapadı

“Sumqayıt”ın futbolçusu Roi Kehat əməliyyat olunub.
Msport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XXI turunun “Qəbələ” ilə oyununda (0:0) zədələnib görüşü davam etdirə bilməmişdi.
O, vətəni İsraildə əməliyyat olunub. Axill vətərinin dabana qədər tam yırtığı diaqnozu qoyulan futbolçu professor Eran Tamir tərəfindən əməliyyat edilib.
Uğurlu keçən cərrahi müdaxilə nəticəsində Roi Kehat təxminən 1 ay sonra fizioterapevt müşayiəti ilə mərhələli şəkildə reabilitasiya prosesinə start verəcək. O, ən az mövsümün sonuna qədər komandamıza kömək edə bilməyəcək.
Seçilən
2
6
msport.az

10Mənbələr