AZ

"Sumqayıt"ın legioneri əməliyyat olundu

Azərbaycan Premyer Liqasının XXI turunda “Qəbələ” ilə matçda zədələnən və oyunu davam etdirə bilməyən "Sumqayıt"ın futbolçusu Roi Kehat əməliyyat olunub. 

Fanat.Az xəbər verir ki, məlumatı "gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti yayıb. 

Yarımmüdafiəçi vətəni İsraildə cərrahi müdaxiləyə məruz qalıb. Axill vətərinin dabana qədər tam yırtığı diaqnozu qoyulan Kehat professor Eran Tamir tərəfindən əməliyyat edilib.

Uğurlu keçən cərrahi müdaxilə nəticəsində Roi Kehat təxminən 1 ay sonra fizioterapevt müşayiəti ilə mərhələli şəkildə reabilitasiya prosesinə start verə biləcək. Bununla belə, o, ən azı mövsümün sonuna qədər komandasına kömək edə bilməyəcək.

Seçilən
3
8
fanat.az

10Mənbələr