AZ

Rinqdə biabırçılıq: Güləşçi azarkeş qadının üzünə təpik vurdu VİDEO

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-nin Nyu-York şəhərində təşkil edilən “House of Glory” güləş şousunda gözlənilməz və qalmaqallı hadisə yaşanıb. Döyüş zamanı rinq kənarında dayanan qadın tamaşaçı güləşçi Çarlz Meyson tərəfindən fiziki hücuma məruz qalıb.

İdman.Biz xəbər verir ki, hadisə digər güləşçi Andradenin rinq kənarındakı xanım azarkeşlə selfi çəkdirməsindən dərhal sonra baş verib. Andrade telefonu sahibinə qaytararkən rəqibi Çarlz Meyson qəfildən qadına tərəf yönələrək onun üzünə təpik atıb.

Hadisədən sonra Andrade rəqibinə sərt cavab verib və zərərçəkmiş qadına dəstək olub. Şəxsiyyəti açıqlanmayan azarkeşin ciddi xəsarət almadığı və sağlamlıq durumunun yaxşı olduğu bildirilir.

Sosial şəbəkələrdə geniş müzakirə olunan hadisənin şounun bir parçası, yoxsa real hücum olduğu barədə rəsmi açıqlama verilməyib.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
35
icma.az

10Mənbələr