AZ

Anna Akopyan Nikol Paşinyandan ayrıldığını açıqlayıb

Anna
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan onunla ayrıldığını açıqlayıb.
1news.az xəbər verir ki, bu barədə Akopyan sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, Paşinyanla mülki nikahının başa çatması onların birgə həyatının sona çatması deməkdir və bu, nikahın rəsmiləşdirilməsi ilə bağlı deyil.
Akopyan qeyd edib ki, artıq hökumətə məxsus xidməti bağ evlərini tərk edir və bundan sonra kirayə mənzildə yaşayacaq. Onun sözlərinə görə, aldığı mənzil hazırda tikinti mərhələsindədir. “Yaşayış xərclərim üçün hesabımda 5 milyon dram qalır. ‘Mənim addımım’ fondunda fəaliyyətimi davam etdirmək istəyirəm. Lakin istisna etmirəm ki, bu fəaliyyətimə görə barəmdə cinayət işi açıla bilər”, – deyə o vurğulayıb. Akopyan paylaşımında məsələ ətrafında müzakirələrə də münasibət bildirib: “Bütün dostlarıma, tanıdığım və tanımadığım insanlara, uzaq və yaxın qohumlarıma, hətta ən doğma adamlarıma bildirirəm ki, bu mövzu mənimlə müzakirə predmeti deyil. Bu məsələyə qadağa qoyuram. Sizi də, əziz xalqım, bu məsələni ‘götür-qoy’ etməyə çox vaxt sərf etməməyə çağırıram. Bu, mənasız, faydasız və nəticəsiz bir məşğuliyyətə çevriləcək.

Eşitdik, qeyd etdik, irəli getdik”.

Seçilən
4
15
1news.az

10Mənbələr