AZ

“Sumqayıt” “Kəpəz”ə, “Zirə” “Araz-Naxçıvan”a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura start veriləcək.

Msport.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.

“Kəpəz” Yevlaxda “Sumqayıt”ı qəbul edəcək. Bu komandaların ilk dövrədəki oyunu “Sumqayıt”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Saşa İliçin komandası son 4 oyunda qələbə qazana bilməyib.

Günün ikinci oyununda isə “Zirə” “Araz-Naxçıvan”ın qonağı olacaq. Komandaların ilk dövrədəki matçı 1:1 hesabı ilə başa çatıb.

27 fevral (cümə)

14:30. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: 
Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
Yevlax şəhər stadionu

18:00 . “Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: 
Rauf Cabarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Teymur Teymurov
“Liv Bona Dea Arena”

28 fevral (şənbə)

14:30. “Şamaxı” – “Neftçi”

17:00. “Qəbələ” – “Karvan-Yevlax”

1 mart (bazar)

16:30. “Turan Tovuz” – “İmişli”

19:00. “Qarabağ” – “Sabah”

 

Seçilən
2
25
msport.az

10Mənbələr