AZ

Argentina millisinin sabiq futbolçusu İspaniya klubunun baş məşqçisi oldu

BAKI, 27 fevral. TELEQRAF

İspaniyanın “Malyorka” klubu baş məşqçi postuna Martin Demiçelisi təyin edib.

Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayılıb.

45 yaşlı argentinalı mütəxəssislə bağlanan müqavilənin müddəti hələlik açıqlanmır.

Demiçelis bu vəzifədə həftənin əvvəlində istefaya göndərilən Xaqoba Arrasateni əvəzləyib. Son üç oyunda məğlub olan “Malyorka” hazırda İspaniya çempionatının turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Martin Demiçelisin son iş yeri 2025-ci ilin mayında tərk etdiyi Meksikanın “Monterrey” klubu olub. Daha əvvəl isə o, “River Pleyt” ilə Argentina çempionluğunu və Superkubokunu qazanıb. Futbolçu karyerası ərzində “Bavariya”, “Mançester Siti” və “Atletiko Madrid” kimi komandalarda çıxış edən Demiçelis, Argentina millisinin heyətində 51 oyun keçirib.

Seçilən
12
teleqraf.com

1Mənbələr