AZ

İran BMT-dən ABŞ və İsrailin hücumların araşdırmasını istədi

Bakı. Trend:

İran BMT-yə ABŞ və İsrailin İrana qarşı hücumunu araşdırmasıüçün müraciət edib.

Trend-inməlumatına görə, bununla əlaqədar İran xarici işlər naziri SeyidAbbas Əraqçinin BMT baş katibi Antonio Quterreş və BMTTəhlükəsizlik Şurasının sədri Ceyms Kleverliyə məktubünvanlayıb.

İran xarici işlər naziri məktubda bildirib ki, İsrail və ABŞ-ninİranın müxtəlif şəhərlərində çoxlu sayda müdafiə obyektləri vəqeyri-hərbi məkanları vurması İranın ərazi bütövlüyü vəsuverenliyinin pozulması deməkdir. ABŞ və İsrailin İran əleyhinəhərbi hava hücumları BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndiaçıq-aşkar şəkildə pozulub.

Əraqçi bildirib ki, İran BMT Nizamnaməsinin 51-ci maddəsinəuyğun olaraq özünü qanuni şəkildə müdafiə edir və ölkənin SilahlıQüvvələri hücumlarla qarşılaşmaq üçün imkanlarından və bütün lazımivasitələrdən istifadə edəcək.

“Bu əsasda hücum edən tərəflərin regiondakı bütün bazaları,obyektləri və qüvvələri qanuni hərbi hədəf hesab olunur. İran haqlıolaraq hücumlar dayanana qədər qətiyyətli şəkildə müdafiəsini davametdirəcək”, -deyə o bildirib.

İranlı nazir deyib ki, regionda baş verən hadisələrin mənfinəticələri ABŞ və İsrailin üzərinə düşür. İran əleyhinə hərbi havahücumlarının regional və beynəlxalq sülh və təhlükəsizlik üçünciddi mənfi nəticələri olacağını nəzərə alaraq beynəlxalq sülh vətəhlükəsizliyin pozulmasına reaksiya olaraq ciddi tədbirləringörülməsi gözlənilir.

“İran beynəlxalq sülh və təhlükəsizlikdən narahat olan BMT-yəüzv bütün ölkələrdən İran əleyhinə hücumlar qarşısında dərhal vəkollektiv addımların atılmasını gözləyir”, -deyə o qeyd edib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

Seçilən
156
50
az.trend.az

10Mənbələr