AZ

“Milan”da itki: Bartesaqi derbini buraxacaq

İtaliya futbol çempionatının 27-ci turu çərçivəsində keçirilən “Kremoneze” - “Milan” matçı qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin Massimiliano Alleqrinin yetirmələrinin bu qalibiyyəti itki ilə müşayiət olunub.

İdman.Biz xəbər verir ki, “rossoneri”nin gənc və istedadlı müdafiəçisi Davide Bartesaqi qarşılaşma zamanı zədələnib. Maraqlıdır ki, o, məhz “Milan”ın ilk qoluna səbəb olan künc zərbəsini qazandığı epizodda xəsarət alıb.

Tibbi müayinələrin ilkin nəticələrinə görə, gənc oyunçunun bərpa müddəti hələ dəqiq bilinməsə də, onun növbəti həftə keçiriləcək “İnter”lə derbi matçını buraxacağı dəqiqləşib.

Qeyd edək ki, “Milan” bu qələbədən sonra xallarını 57-yə çatdıraraq turnir cədvəlində ikinci pillədəki mövqeyini qoruyur. Bartesaqinin yoxluğu həlledici “Milan derbisi” öncəsi Alleqri üçün ciddi başağrısına çevrilə bilər.

İdman.Biz
Seçilən
42
2
idman.biz

3Mənbələr