AZ

Tramp: “İranın yeni rəhbəri üçün üç namizədim var”

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın yeni rəhbəri postuna üç namizədi var, lakin adları açıqlamaqdan imtina edərək “əvvəlcə işi başa çatdırmağı” təklif edib. 

Bizim.Media xəbər verir ki, bu barədə The New York Times yazır.

Tramp əlavə edib ki, İranın hərbi rəhbərliyi məhv edilib və bəzi nümayəndələr “ABŞ-dan toxunulmazlıq üçün müraciət edirlər”. O xəbərdarlıq edib ki, əməliyyatın bütün məqsədləri yerinə yetirilənədək hücumlar davam edəcək.

ABŞ prezidenti yenidən İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) və polisi silahı yerə qoymağa çağırıb, əks halda onların məhv ediləcəyi ilə hədələyib.

Bununla belə, hakimiyyət dəyişikliyinin necə baş verə biləcəyi barədə suala cavab verərkən Tramp Venesuela ssenarisini nümunə göstərərək bunu ideal model adlandırıb.
 

O həmçinin bildirib ki, yeni rəhbərlik praqmatik tərəfdaş kimi çıxış edərsə, ABŞ İrana qarşı sanksiyaları ləğv etməyə hazırdır. İran xalqının müdafiəsi ilə bağlı suala isə cavab verməyib.


Tramp vurğulayıb ki, münaqişənin aktiv mərhələsi əvvəlcədən “dörd həftəlik proses” kimi planlaşdırılıb və bir ay ərzində və ya daha tez başa çata bilər. Onun sözlərinə görə, ABŞ-ın dünyada yerləşdirilmiş kifayət qədər sursatı var və əməliyyatın davam etdirilməsi problem yaratmayacaq.

Bizim.Media

Seçilən
8
14
bizim.media

10Mənbələr