AZ

İranın kəşfiyyat mərkəzi vurulub Bu şəxslər ölüb

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsrail Müdafiə Qüvvələri Tehranda yerləşən İran Kəşfiyyat Nazirliyinin qərargahına hava zərbəsi endirib. 

Bu barədə məlumatı İsrail ordusunun mətbuat xidməti yayıb.

Açıqlamaya əsasən, hücum nəticəsində İranın bir neçə yüksək rütbəli kəşfiyyat əməkdaşı həlak olub. Ölənlər arasında İsrail məsələləri üzrə kəşfiyyat nazirinin müavini Seyid Yəhya Həmidi də var.

Bildirilib ki, zərbə zamanı Kəşfiyyat Nazirliyinin casusluq şöbəsinin rəhbəri Cəlal Pur Hüseyn də zərərsizləşdirilib. Digər həyatını itirən şəxslərin kimliyi açıqlanmayıb.

İsrail tərəfi qeyd edib ki, ABŞ sanksiyaları altında olan İran Kəşfiyyat Nazirliyi ölkənin ən geniş imkanlara malik qurumlarından biridir və birbaşa ali liderin nəzarəti altında fəaliyyət göstərir.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
28
azpolitika.info

10Mənbələr