AZ

Qətər İran tərəfindən raket hücumuna məruz qaldığını bəyan edib

Bakı. Trend:

Qətərin Müdafiə Nazirliyi ölkə ərazisinə İrandan iki ballistikraketin buraxıldığını bəyan edib.

Trend bu barədənazirliyə istinadən xəbər verir.

“Qətərin Müdafiə Nazirliyi bəyan edir ki, Qətər Dövləti İranİslam Respublikasından buraxılmış iki ballistik raketlə hücumaməruz qalıb. Hava hücumlarından müdafiə sistemləri raketlərdənbirini uğurlu şəkildə zərərsizləşdirib, lakin ikinci raket QətərinƏl-Udeyd bazasına tuş gəlib, canlı itkilər yoxdur”, -deyə bəyanatdaqeyd olunur.

Nazirlik bildirib ki, Qətər Silahlı Qüvvələri ölkə suvernliyininvə ərazilərinin qorunması, eləcə də istənilən xarici təhdidlərəqətiyyətli cavab vermək üçün bütün mümkün resurslara malikdir.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayorƏbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderininmüşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziriƏziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Məqalədə:
Seçilən
32
26
az.trend.az

10Mənbələr