AZ

Aliment ödəyən şəxs başqa ölkə vətəndaşlığını alarsa, məsuliyyətdən azad olunur? – VİDEO

Aliment ödəyən şəxsin başqa ölkənin vətəndaşlığını alması onun hüquqi öhdəliklərindən azad olunmasına səbəb olmur. Aiment ailə-hüquq münasibətlərindən yaranan məcburi ödənişdir və bu öhdəlik şəxsin vətəndaşlığından asılı olmayaraq qüvvədə qalır.

Qanunvericiliyə əsasən, məhkəmə alimenti müəyyən edir, daha sonra onun icrası Mülki İcra Məcəlləsi çərçivəsində həyata keçirilir. Aliment ödəməkdən yayınan şəxsin digər ölkələrdə olması belə, məhkəmə qərarının qüvvəsini itirməsinə səbəb olmur.

NOCOMMENT.az xəbər verir, ki, burada icra mexanizmləri ilə bağlı ciddi praktik problemlər mövcuddur.

Vəkil Dədəkişi Vəlizadə açıqlamasında bildirib ki, aliment ödəməli olan şəxs elə bir ölkə vətəndaşlığını ala və elə bir ölkədə yaşaya bilər ki, həmin ölkə ilə Azərbaycan arasında məhkəmə qərarlarının icrası barədə hüquqi razılaşma mövcud olmasın. Bu halda Azərbaycan məhkəmələrinin çıxardığı aliment qərarı həmin ölkədə icra olunmaya bilər.

Hüquqşünaslara görə, belə vəziyyətlər şəxslərə alimentdən yayınmaq üçün real zəmin yaradır. Çünki:

– icra sənədi həmin ölkədə tanınmır,
– borclunun xaricdəki gəlirinə çıxış olmur,
– icra məmurlarının həmin ölkədə hüquqi mexanizmi yoxdur.

Nəticədə, aliment ödəməkdən yayınan şəxs müəyyən müddət bu öhdəlikdən faktiki olaraq kənarda qala bilir. Bununla belə, həmin şəxsin Azərbaycandakı əmlakı, bank hesabları və gəlirləri üzərindən icra tədbirləri davam etdirilir və borc yığıldıqca artır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, aliment borcunun uzun müddət ödənilməməsi inzibati və cinayət məsuliyyəti yaradır və həmin şəxs Azərbaycana qayıtdığı an məsuliyyət daşıyır.

Qeyd edək ki, alimentdən yayınma faktı sübuta yetirilərsə, şəxs barəsində ölkədən çıxışa məhdudiyyət, cərimə və digər hüquqi tədbirlər də tətbiq oluna bilər.

Sara

NOCOMMENT.az 

Seçilən
90
32
nocomment.az

10Mənbələr