AZ

Ermənistan baş naziri: Azərbaycanla sülh regiondakı mühiti yaxşılaşdırır

Tbilisi, 4 mart, AZƏRTAC

Ermənistan və Azərbaycan arasında sülh, şübhəsiz ki, Cənubi Qafqaz regionunda mühiti yaxşılaşdırır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında bildirib. Baş nazir Gürcüstanın bu prosesə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

“Gürcüstanın dəstəyi regionda üçtərəfli iqtisadi əməkdaşlığı gücləndirir”, - deyə Paşinyan qeyd edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
24
5
azertag.az

6Mənbələr