AZ

İrandan daha 35 çinli təxliyə olundu FOTO

Astara, 4 mart, AZƏRTAC

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan Çin vətəndaşlarının növbəti qrupu təxliyə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu dəfə 35 Çin vətəndaşının təxliyəsi həyata keçirilib.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından onlar sonra təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.

İlkin Adıyev – müxbir

Seçilən
14
15
azertag.az

10Mənbələr