AZ

Onlar uduzmuş ölkədir, uçuruma doğru gedirlər

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Onlar uduzmuş ölkədir, uçuruma doğru gedirlər"

İran milli komandası Yaxın Şərqdəki gərgin siyasi vəziyyət səbəbindən dünya çempionatından kənarda qala bilər.

QOL.az xəbər verir ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp İrana qarşı tətbiq olunacaq mümkün boykotun onu qətiyyən narahat etmədiyini bildirib. "Politico" nəşrinə danışan Tramp İrana qarşı sərt ifadələr işlədib: 

"İranın orada olub-olmaması məni maraqlandırmır. Onlar uduzmuş ölkədir, uçuruma doğru gedirlər". 

Xatırladaq ki, dünya çempionatının başlamasına 100 gün qalıb. İyunun 11-də start götürəcək turnirdə İran yığmasının ilk oyunu iyunun 15-də Los-Ancelesdə Yeni Zelandiyaya qarşı planlaşdırılıb.

Qeyd edək ki, İran millisinin turnirdə iştirakı ilə bağlı yekun qərar hələlik rəsmən açıqlanmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
160
1
qol.az

2Mənbələr