AZ

Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir

Bakı. Trend:

4 mart 2026-cı il, Bakı – Yaxın Şərqdə yaranmış vəziyyətləəlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarınınAzərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindənBakıya təhlükəsiz təxliyəsi həyata keçirilir.

Trend xəbər verir ki, bubarədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumatyayıb.

Belə ki, AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsininyaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna enişigözlənilir. Təxliyə reysi vasitəsilə ümumilikdə 209 vətəndaşınölkəyə qayıdışı təmin edilir.

Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiqqurumlar tərəfindən müəyyən edilmiş prosedurlara uyğun olaraqreyslərin təhlükəsiz və planlı şəkildə icrasını həyata keçirir.

Qeyd edək ki, növbəti günlərdə Yaxın Şərqin digəristiqamətlərindən Bakıya təxliyə reysləri planlaşdırılır.

Əlavə sual yaranarsa, [email protected] elektron poçt ünvanıvasitəsilə aviaşirkətə müraciət etmək mümkündür.

Məqalədə:
Seçilən
20
4
az.trend.az

10Mənbələr