AZ

Naxçıvanın Səhiyyə Nazirliyi: İranın dron hücumu ilə bağlı 4 nəfərdən müraciət daxil olub

İranın Naxçıvana dron hücumu ilə bağlı Naxçıvan Səhiyyə Nazirliyinə dörd nəfərdən müraciət daxil olub.

"Yeni Sabah" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin müdiri Sahib Abuzərov bildirilib.

Onun sözlərinə görə, xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir.

Onlardan 2 nəfərə baş-beyin travması, digər 2 nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub.

Hazırda hər biri müvafiq şöbələrə yerləşdirilib və müalicələri davam etdirilir. (Report)


Telegram kanalımız
Seçilən
84
3
yenisabah.az

10Mənbələr