AZ

İrandan dron hücumu ilə bağlı daha bir HƏYASIZ AÇIQLAMA

İran tərəfi Naxçıvan Beynəlxalq Hava Limanı yaxınlığında baş verdiyi bildirilən dron insidenti ilə bağlı məsuliyyəti üzərinə götürmədiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi Tehranın hadisə ilə əlaqəsi olmadığını bildirib.

Diplomat bu barədə AnewZ televiziya kanalına müsahibəsində danışıb.

Qaribabadinin sözlərinə görə, İran qonşu ölkələrə qarşı hücumlar həyata keçirmir və baş verən hadisə hərtərəfli araşdırılmalıdır.

“İran qonşu ölkələrə zərbə endirmir. Bu insident ciddi və ətraflı araşdırma tələb edir”, – deyə o qeyd edib.

İran rəsmisi əlavə edib ki, İslam Respublikasının müdafiə strategiyası selektiv xarakter daşıyır.

Onun sözlərinə görə, İran yalnız öz təhlükəsizliyinə təhdid yaradan və ərazilərini İranın rəqiblərinin hərbi bazalarının yerləşdirilməsi üçün təqdim edən ölkələri potensial hədəf kimi nəzərdən keçirə bilər.

Əli Səfərli,
NOCOMMENT.az

Seçilən
74
50
nocomment.az

10Mənbələr