AZ

Pezeşkianın və Əraqçinin riyakarlığı: Azərbaycana hücum etməmişik

“Tehranın mövqeyi dövlətlərin ərazi bütövlüyünə hörmət və regionda davamlı sülh arzusuna əsaslanır. İran heç vaxt Azərbaycana qarşı hərbi əməliyyatlar aparmadığını və Cənubi Qafqazda vəziyyəti qeyri-sabitləşdirməkdə maraqlı deyil”.

Ölkə.az “Tasnim”ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib.

İran prezidenti qeyd edib ki, ölkəsinin siyasəti mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsinə və münaqişələrin qarşısının alınmasına, eləcə də region ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib.

Pezeşkian vurğulayıb ki, Tehran dövlətlərin ərazi bütövlüyünün qətiyyətlə qorunmasının tərəfdarıdır və eyni zamanda davamlı və davamlı sülhün bərqərar olmasına yönəlmiş səyləri dəstəkləyir.

Söhbət zamanı liderlər qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələləri də müzakirə ediblər.

İranın xarici işlər naziri Abbas Əraqçi NBC-yə verdiyi açıqlamada  Türkiyə və  Azərbaycan kimi qonşu ölkələrə hücum planlarının olmadığını bildirib və buraxılan dronlarla bağlı açıqlama verib. "Azərbaycana dronların buraxılması üçün heç bir səbəb yoxdur. Hadisəni araşdırırıq, bəlkə də başqa yerdən buraxılıb və ya problem yaranıb, amma Türkiyə, Azərbaycan və ya digər qonşularımıza hücum etməyi planlaşdırmırıq", - o qeyd edib.

 Qeyd  edək ki, martın 5-də  İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları həyata keçirilib. Hücum nəticəsində iki nəfər xəsarət alıb.  Azərbaycan tərəfi baş vermis hadisə ilə bağlı  İran tərəfindən açqılama tələb edib.

Mürtəza

Seçilən
66
50
olke.az

10Mənbələr