AZ

Trampın İranla bağlı ŞOK PLANI üzə çıxdı

Yaxın Şərqdə gərginlik fonunda Vaşinqtonda yeni hərbi ssenarilər müzakirə olunur.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İran ərazisinə Amerika quru qoşunlarının yerləşdirilməsi ideyasına ciddi maraq göstərib.

Bu barədə NBC telekanalı bir neçə amerikalı rəsmi və mövzu ilə tanış mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp bu ideyanı Ağ Evdən kənarda köməkçiləri və Respublikaçılar Partiyasının bəzi nümayəndələri ilə apardığı qapalı müzakirələrdə gündəmə gətirib. Onun planına görə, müharibədən sonra İranın uran ehtiyatları ABŞ-nin nəzarətinə keçə və tərəflər Venesuelada Nikolas Maduro devrildikdən sonra nəzərdə tutulan modelə bənzər şəkildə neft hasilatı sahəsində əməkdaşlıq edə bilər.

Mənbələr bildirir ki, söhbət İranın genişmiqyaslı quru işğalından getmir. Trampın müzakirə etdiyi variant ölkəyə məhdud sayda ABŞ hərbçisinin yerləşdirilməsi və onların konkret strateji tapşırıqları yerinə yetirməsidir.

Qeyd olunur ki, prezident hələlik qoşunların yerləşdirilməsi ilə bağlı rəsmi qərar verməyib. Ağ Evin mətbuat katibi Kerolayn Livitt isə bildirib ki, Tramp “bütün variantları açıq saxlayır”.

Donald Tramp həftənin əvvəlində “The New York Post” qəzetinə müsahibəsində də İranla bağlı quru əməliyyatı ehtimalını istisna etməyib. Onun sözlərinə görə, əvvəlki prezidentlərdən fərqli olaraq ABŞ qoşunlarını göndərmək məsələsində “qorxu hiss etmir”, lakin belə bir addımın atılmasının zəruri olmayacağını da əlavə edib.

Musavat.com

Seçilən
82
45
musavat.com

10Mənbələr