AZ

Hörmüz boğazında gəmi batdı - İtkin düşənlər var

Üç indoneziyalı dənizçi cümə günü Hörmüz boğazında yedək gəmisinin batmasından sonra itkin düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə İndoneziyanın Xarici İşlər Nazirliyi məlumat verib.

Nazirliyin bəyanatında bildirib ki, yedək gəmisinin ekipaj üzvlərindən biri Omanda müalicə olunur. Digər üç indoneziyalının axtarışları davam edir.

Nazirliyin açıqlamasına görə, gəmi batmazdan əvvəl partlayış baş verib və nəticədə yanğın yaranıb. Hadisə ilə bağlı araşdırma aparılıb.

Seçilən
87
4
redaktor.az

10Mənbələr