AZ

Tramp qərarı onunla birgə verəcək: İrana qarşı müharibəni dayandırmaq üçün

İrana qarşı hərbi əməliyyatın dayandırılması qərarı İsrailin Baş naziri Binyamin Netanyahu ilə birlikdə veriləcək.

Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Times of Israel" qəzetinə verdiyi müsahibədə bildirib.

"Düşünürəm ki, bu, müəyyən dərəcədə qarşılıqlı qərardır. Biz ünsiyyət qururuq. Vaxtı çatanda qərar verəcəyəm, amma hər şey nəzərə alınacaq", - deyə siyasətçi qeyd edib.

Daha əvvəl Çikaqo Universitetinin professoru Con Mirşaymer bildirmişdi ki, ABŞ İrandakı rejimi dəyişdirmək cəhdlərinin uğursuzluğundan sonra hərbi əməliyyatların davam etdirilməsi ilə bağlı vacib qərar qəbul etməlidir.

Seçilən
83
50
publika.az

10Mənbələr