AZ

Qvardiola başına iş açdı

Xosep Qvardiola başına iş açıb. “Mançester Siti”nin baş məşqçisi iki oyunluq cəzalandırılıb.

"Football-plus.az" xəbər verir ki, buna onun cari mövsümdə 6-cı sarı vərəqəni alması səbəb olub. Qvardiola İngiltərə kubokunun 1/8 finalında “Nyukasl”a qalib gəldikləri oyunda (3:1) hakimə sərt şəkildə etiraz etdiyi üçün sarı vərəqə alıb və buna görə də cəzalı duruma düşüb.

İspanyalı məşqçi premyer-liqanın 30-cu turunun “Vest Hem”lə oyununu və hələ püşkü atılmayan İngiltərə kubokunun 1/4 final matçını buraxacaq.

Seçilən
97
50
football-plus.az

10Mənbələr