AZ

"Real" "Qarabağ" matçında fərqlənən futbolçunu istəyir

"Real Madrid" "Nyukasl Yunayted"in yarımmüdafiəçisi Sandro Tonalinin xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, "Real” futbolçunun oyununu izləmək üçün İngiltərəyə skautlar göndərib. "The Sun" qəzetinin məlumatına görə, “Real” mövsümün sonunda futbolçunu transfer etmək istəyir. Məlumata görə, yarımmüdafiəçini transfer etmək istəyən tək Avropa nəhəngi “Real Madrid” deyil. "Arsenal" və "Mançester Yunayted" klublarının da futbolçunun xidmətində maraqlı olduğu iddia edilir. Ulduz futbolçunun dəyərinin 100 milyon avro olduğu irəli sürülür.

Qeyd edək ki, Sandro Tonali Çempionlar Liqası çərçivəsində keçirilən “Qarabağ” matçında da uğurlu oyun nümayiş etdirib.

Seçilən
272
18
metbuat.az

10Mənbələr