BAKI, 10 mart. TELEQRAF
Bu gün Azərbaycanda Ramazan ayının ikinci Qədr (Əhya) gecəsidir.
Teleqraf xəbər verir ki, ikinci Qədr gecəsi martın 10-dan 11-nə keçən gecəyə təsadüf edir.
Ramazan ayının növbəti Qədr gecələri 12 və 16 mart tarixlərinə düşür.
Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda Ramazan bayramı martın 20, 21-i qeyd olunacaq.