AZ

"Beton" kimi müdafiə - ardıcıl 8 oyundur qapısında qol görməyən "Turan Tovuz"

Dünən "Neftçi" üzərində qazanılan qələbə "Turan Tovuz"u avrokuboklara bir qədər də yaxınlaşdırdı. 3-cü pillədə qərarlaşan Tovuz klubu ən yaxın izləyicisi "Zirə"ni 5 xal qabaqlayır. 

Kurban Berdiyevin komandası ilə bağlı daha bir diqqətçəkən məqam odur ki, "Turan Tovuz" ardıcıl 8 oyundur qol buraxmır. Son dəfə "Qarabağ"a məğlub olandan sonra qapıda Baklovu əvəzləyən Samok rəqiblərə keçid vermir. 

Beşli müdafiə ilə yaxşı qapanan "Turan Tovuz" həm də bu mövsüm ən az qol buraxan komandadır. Gedişat onu göstərir ki, Berdiyev bu mövsüm komandanı avrokuboklara çıxarmaq tapşırığının öhdəsindən gələcək. 

"Turan Tovuz" və "Zirə" mövsümü ilk dördlükdə tamamlaya bilsələr, hər ikisi avrokuboklara yollanacaq. Çünki ölkə kuboku uğrunda yarımfinalda mübarizəni Premyer Liqanın ilk dörd klubu davam etdirir. 

Onu da qeyd eləmək lazımdır ki, hazırkı performansıyla "Turan Tovuz"un ölkə kubokunu qazanmaq şansları da var. 

Sportal.az

saytlarin hazirlanmasi

Seçilən
51
1
sportal.az

2Mənbələr