AZ

Paşinyanın boşanmasının səbəbi: Anna Akopyan Pekin sammitində sərxoş olub...

Pekin sammitində "uyğun olmayan" görünüş və davranışları ilə diqqət çəkən Anna Akopyan Çin hökümətinin vetosuna məruz qalıb...

Ermənistanın baş naziri Nikol Paşinyan və onun uzun illərdir vətəndaş nikahında olduğu həyat yoldaşı Anna Aкопyanın ayrılığına səbəb kimi keçən ilin avqust ayının sonunda Çinin paytaxtı Pekində keçirilən yüksək səviyyəli sammitdə birinci xanımın "uyğun olmayan" xarici görünüşü və həmin tədbirdə sərxoş vəziyyətdəki davranışı göstərilir. Poliqon xəbər verir ki,

Poliqon xəbər verir ki, bu barədə məlumat "Yeravanskiy nablyudatel" telegram-kanalı tərəfindən yayılıb.

Məlumata görə, həmin sammit zamanı Ermənistan Xarici İşlər Nazirliyi vasitəsilə ÇXR rəhbərliyindən siqnal gəlib ki, baş nazir Paşinyan bundan sonra həyat yoldaşını rəsmi səfərlərdə Çinə gətirməsin. Eyni mənada başqa kanallar vasitəsilə Türkiyə Prezidentinin həyat yoldaşı Əmine Ərdoğan tərəfindən də oxşar mövqe ifadə olunub. Bu hadisələr cütlüyün münasibətlərində ciddi gərginliyə səbəb olub və nəticədə 2026-cı ilin fevral ayında Anna Aкопyan sosial şəbəkələrdə video müraciətlə vətəndaş nikahının bitdiyini elan edib. Paşinyan da bu qərarı hörmətlə qarşıladığını və Aкопyana "səbəb olduğu kədərə" görə üzr istədiyini bildirib.

Qeyd edək ki, Paşinyan və Aкопyan təxminən 30 il birgə yaşayıblar, lakin münasibətləri rəsmi olaraq qeydiyyatdan keçməyib və kilsədə və ya ЗАГС-da rəsmiləşdirilməyib. Cütlüyün dörd övladı var. Ayrılıqdan sonra Aкопyan hökumət rezidensiyasını tərk edərək kirayə mənzilə köçüb və ictimai fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Poliqon.info

Seçilən
94
50
poliqon.info

10Mənbələr