AZ

İsmayıl Qaani edam edilib? İran məlumat yaydı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

SEPAH-ın Qüds qüvvələrinin komandanı İsmayıl Qaani hərbi əməliyyatlara rəhbərlik edir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Əli Sadiq deyib.

“İsmayıl Qaani ön cəbhədədir və hərbi əməliyyatlara şəxsən rəhbərlik edir. Bütün bu bəyanatlar düşmənin qüvvələrimizin və müttəfiqlərimizin əhval-ruhiyyəsini sarsıtmağa yönəlmiş psixoloji müharibəsinin bir hissəsidir. General Qaani sağ-salamatdır, o, təcavüzkarlara – ABŞ və sionist rejimə qarşı əməliyyatlara komandanlıq etməyə davam edir”, – səfir bildirib.

Qeyd edək ki, “Deyli Meyl” Qaaninin İsrailə casusluq ittihamı ilə gizlicə edam edildiyini yazmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
60
3
globalinfo.az

7Mənbələr