AZ

İran raketi Tel-Əvivdə belə dağıntılar yaratdı - VİDEO

İsrailin Tel-Əviv şəhərinə bağlı Ramat-Qan bölgəsində İran tərəfindən atıldığı bildirilən ballistik raketin zərbəsindən sonra ciddi dağıntılar qeydə alınıb.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə və Telegram kanallarında yayılan kadrlarda raketin düşdüyü ərazidə binaların və obyektlərin ciddi ziyan gördüyü görünür. Videoda tikililərin fasadlarının dağıldığı, metal konstruksiyaların əyildiyi və ərazidə böyük dağıntıların yarandığı diqqət çəkir.

Məlumatlara görə, zərbə nəticəsində xüsusilə sənaye və ofis binalarının yerləşdiyi ərazilərdə ciddi ziyan yaranıb. Hadisə yerinə təcili yardım və xilasedici qruplar cəlb olunub, dağıntıların aradan qaldırılması və mümkün zərərçəkənlərin müəyyənləşdirilməsi üçün əməliyyat aparılır.

İsrail tərəfi hadisə ilə bağlı rəsmi açıqlama verərək təhlükəsizlik xidmətlərinin vəziyyəti nəzarətə götürdüyünü bildirib.

Musavat.com

Seçilən
98
35
musavat.com

10Mənbələr